Niyə məhz “SmartHoreca”?

#

Etibarlılıq Restoranın avtomatlaşdırılması sistemi bütün işinizi, həmçinin mühasibat uçotunu da daha səmərəli və asan edir. Bütün məlumat və funksiyalar bir arada cəmləşir. Restoranın işi onların funksionallığından tamamilə asılı olur. Heç kim istəməz ki, sistemdə problem yaransın, məlumatlar pozulsun və restoranının fəaliyyəti bundan əziyyət çəksin. "SmartHoreca" qırılmayan və dözümlü sistemə malikdir. Bundan əlavə, biz 24/7 texniki dəstək göstəririk. Əminlik "SmartHoreca" Azərbaycan bazarında 12 il, dünya bazarında isə 17 ildir fəaliyyət göstərir. Bizim tərəfdaşlarımız "Mangal Steak House", "Beat Group", "Şaurma N1" və ölkənin restoran biznesinin bir çox digər flaqmanları kimi uğurlu, məşhur restoranlardır. Biz uzunmüddətli uğurlu əməkdaşlığın təminatçısıyıq. Yeniliklər Restoranınız üçün "SmartHoreca" almaqla siz süni intellekt texnologiyalarından və xüsusi olaraq, sizin üçün fərdiləşdirilə bilən istifadəçi interfeysindan yararlanmaq imkanı əldə edirsiniz. Orta hesabla, "SmartHoreca" ayda 3 sistem yenilənməsini həyata keçirir. Beləliklə, sisteminiz həmişə müasir va rahat olur. Peşəkarlıq Biz 12 ildən artıqdır ki, bu biznesin içərisindəyik və Azərbaycanda restoranların işini avtomatlaşdıran ilk şirkətlərdənik. Ölkənin ən təcrübəli mütəxəssislərinin səriştəsinə arxalana bilərsiniz. İnteqrasiyalar 'SmartHoreca"ya qoşulmaqla siz yeməklərin çatdırılma işini təşkil etməyə, kuryerlərə nəzarət etməyə, restoran biznesini otel biznesi ilə birləşdirməyə və ümumilikdə, istənilən elementi sadələşdirməyə və optimallaşdırmağa kömək edəcək 250-dən çox müxtəlif proqrama giriş əldə edəcəksiniz.

Новостная рассылка